1998-ci ilin aprelindən fəaliyyət göstəririk. Əsas fəaliyyətimiz elektrik və inşaat materiallarının topdansatışından ibarətdir. Yüksək və aşağı gərginlikli kabel və naqillər, müxtəlif tikinti materialları ilə obektləri təchiz edirik. Rusiya və Ukrayna ilə ticarət əlaqələri yaratmışıq.
Son illər “Texnistone” firmasının Azərbaycandakı yeganə distribyutoruyuq. TECHNISTONE firması (Çexiyanın Azərbyacandakı yeganə nümayəndəliyi) Sizə süni qranit təklif edir.
Son bir neçə ildir ki, “Taleh-I LTD” MMF firması Çexiyanın “Texnistone” firmasının Azərbaycandakı yeganə distribyutorudur. Həmin firmadan Bakıya “Taleh-I LTD” MMF firması müxtəlif ölçülərdə konqlomerat qranit (süni qranit) plitələri və sleblər (yəni böyük ölçülərdə olan listlər) qətirir. “Texnistone”nun Azərbaycandakı nümayəndəliyi
Azərbaycandakı alıcılara öz malını ticarət əlavəsi qoyulmadan birbaşa zavod qiymətinə təklif edir. Bu konqlomerat daşı, bretonston sistem lisenziyalaşmış texnoloqiyası üzrə hazırlanır. Onun tərkibi seçmə xırdalanmış qranit, qum və güzgü qırıntılarından ibarətdir. Konqlomerat yüksək yükə davamlı, yeyinti məhsulları ilə təmasda təhlükəli deyil, odadavamlıdır, şaxtaya davamlıdır, kimyəvi elementlərin təsirinə davamlıdır.
Konqlomeratdan döşəmənin üzlənməsində, pilləkənlərin, astananın, pəncərəaltıların, mozaika, dekorativ elementlərin hazırlanmasında, kaminlərin və hovuzların üzlənməsində istifadə olunur. Yüksək yüklənmə olan yerlərdə, yəni aeroportun hollarının, ticarət mərkəzlərinin, vokzalların, ofislərin, bankların, otellərin və sair üzlənməsində çox ideal materialdır. Hal-hazırda “Texnistone”nun Bakıdaki nümayəndəliyində 17 rəngdə konqlomerat plitələri (30x30, 40x40, 60x60 sm), və eləcədə böyük sleblər (300x132, 300x140 sm), 1,2,3 sm qalınlığında hansı ki, pəncərəaltı, pilləkənlər və yuyucu (moyka) üstünün hazırlanması üçün çox gözəldir. Nümayəndəliyin sərgi salonu Yusif Səfərov 24
ünvanında yerləşir.
|